QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ"ımız mükafatlandırıldı

Bu gün İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2017” layihəsinin mükafatlandırma mərasimi keçirilib.

“Qarabağ”ımızın 5 üzvü ilin qalibləri siyahısında yer alıb. Klubumuzun vitse-prezidenti Tahir Gözəl ilin idman xadimi seçilib. Baş məşqçimiz Qurban Qurbanov ilin baş məşqçisi seçilib. Kapitanımız Rəşad Sadıqov ilin futbolçusu, forvardımız Dino Ndlovu isə ilin əcnəbi idmançısı mükafatına layiq görülüb. “Qarabağ” FK isə ilin komandası adıyla təltif olunub. Klubumuzun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov isə mətbuatla səmərəli əməkdaşlıq etdiyinə görə fəxri fərmanla təltif olunub.