QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: " Ancaq futbolçularım layiqli mübarizə apardılar"

"Qarabağ"ımız Çempionlar Liqasının qrup mərhələsinin son matçında səfərdə "Roma"ya 0:1 hesabıyla məğlub olub.

Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Roma"nı təbrik edirəm. Növbəti mərhələdə onlara uğurlar arzulayıram. Məğlub olmaq istəmirdik, lakin bütün futbolçularımdan razı qaldım. Çox güclü komandaya qarşı oynayırdıq. Çox çətin idi. Ancaq futbolçularım layiqli mübarizə apardılar".