
Bu gün ölkə kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. "Qarabağ"ımız bu mərhələdə "Azərsun Arena"da "Qaradağ Lökbatan"ı qəbul edib. Komandamız matçın 54-cü dəqiqəsində Əfran İsmayılov və 81-ci dəqiqədə Pedro Enrikenin vurduğu qollarla 2:0 hesablı qələbə qazanaraq 1/4 finala vəsiqəni təmin edib.
Azərbaycan kuboku, 1/8 final
"Qarabağ" - "Qaradağ Lökbatan" 2:0
QOLLAR: Əfran İsmayılov, 54, Pedro Enrike, 81