QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Daniel Rikkiardo "Qarabağ"ımızın qonağı oldu

Bu gün "Qarabağ"ımızın axşam məşqində sürpriz qonaq iştirak edib. Belə ki, "F1 Bakı Qran Pri"sinin sonuncu qalibi, "Red bull"un pilotu olan Daniel Rikkiardo komandamızın qonağı olub. Komandamızla kiçik tanışlıqdan sonra avstraliyalı pilota baş məşqçimiz Qurban Qurbanov tərəfindən adıyazılan formamız hədiyyə olunub. Rikkiardo isə daha sonra özünəməxsus ayaqqabıları imzalayaraq baş məşqçimizə təqdim edib. Daha sonra futbolçularla söhbət edən Rikkiardo bir neçə dəqiqə komandamızla birlikdə məşqdə də iştirak edib