QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Kamp gündəliyi-2

"Qarabağ"ımız Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

Komandamızın ikinci günü iki məşqlə başa vurub. komandamız yerli vaxtla saat 11:00-da səhər məşqinə yollanıb. Futbolçularımız səhər məşqində laktat testindən keçib. Bu testin əsas mahiyyəti futbolçuların fiziki durumu yoxlamaqdan ibarətdir. Bu gün bir sıra legionerlər təlim-məşq toplanışına qoşulub. Yerli vaxtla saat 17:30-da start götürən günün ikinci məşqində laktat testindən keçməyən futbolçularımız testdən keçiblər. Digər futbolçularımız daha çox fiziki hazırlıqlara yönəlmiş çalışmalarla məşqi tamamlayıb.