QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: "Komandam tapşırıqlarımı tam yerinə yetirdi"

Bu gün Azərbaycan Premyer Liqasının XVII turunda "Qarabağ"ımız "Kəpəz"i 1:0 hesabıyla məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Komadamı təbrik edirəm. Çətin oyun olacağını bilirdik. “Kəpəz” bu gün müdafiədən oynadı. Rəqibə uğurlar arzulayıram. Yunis Hüseynov yaxşı komanda formalaşdırıb. Bu qarşılaşmada xal itirə də bilərdik. Ancaq şükür ki, hər şey yaxşı nəticələndi. Matçdan öncə də uşaqlara demişdim ki, müdafiə olunan komandalarla oyun çətin olur. Komandam tapşırıqlarımı tam yerinə yetirdi".