QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: "Nə qədər xal qazansaq, bizim üçün o qədər də yaxşıdı"

"Qarabağ"ımız Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

 

“Əvvəldən də futbolçularıma demişdim ki, "Sumqayıt" yaxşı oyun sərgiləyən komandalardan biridir. Çətin oyun olacağını bilirdik. Bunu futbolçulara da demişdim. Rəqib komandanın baş məşqçisini təbrik edir, uğurlar arzu edirəm. Nə qədər xal qazansaq, bizim üçün o qədər də yaxşıdı. Bundan sonrakı oyunlar çətin olacaq və onlara ciddi hazırlaşmalıyıq”.