QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ"ımız - "Zirə" 2:0 İCMAL

Bu gün "Qarabağ"ımız Azərbaycan Premyer Liqasında XIX turunda "Zirə"ni qəbul edib. "Azərsun Arena"da keçirilən matç saat 19:00-da start götürüb. Oyuna sürətli başlayan komandamız matçın 22-ci dəqiqəsində hesabı açıb. Pedro Enrikenin ötürməsini Kintana dəqiq tamamlayıb. Bu qoldan 13 dəqiqə sonra isə müdafiəçimiz Elvin Yunuszadə komandamızın ikinci qolunu vurub. Matçın qalan dəqiqələrində komandamız hesabı artırmaq üçün epizodlar yaratsa da, bu şanslardan istifadə edə bilməyib. Qarşılaşma komandamızın 2:0 hesablı qələbəsiylə başa çatıb.