QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Pedro Enrikeylə yollar ayrıldı

"Qarabağ”ımızdan ayrılan ilk futbolçunun adı məlum olub. Cari mövsümün əvvəlində Yunanıstanın PAOK klubundan 1 illik icarə əsasında klubumuza transfer olunan Pedro Enrikeylə yollar ayrılıb. İcarə müddəti başa çatan futbolçuyla yeni müqavilə imzalanmayıb.

Enrike komandamızın heyətində çıxdığı 26 matçda 6 qola imza atıb.

“Qarabağ” FK Pedro Enrikeyə klubumuzda göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.