QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Millimiz "Avro-2016"ya məğlubiyyətlə başladı

Azərbaycan millisi "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində bu gün ilk matçına çıxıb.Berti Foqtsun komandası evdə Bolqarıstan yığmasını qəbul edib. Bu, hər iki komanda arasında ilk rəsmi matç olub. Görüş millimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandamızın yeganə qolunu 54-cü dəqiqədə Dmitri Nazarov vurub.

Qeyd edək ki, millimiz seçmə mərhələdə ikinci matçını oktyabrın 10-da, səfərdə İtaliyaya qarşı keçirəcək.