`Qarabağ`ımızın 13 yaşlılarından ibarət komandası çıxış etdiyi `Sabahın ulduzları` çempionatında finişə çatmamış qızıl medallara qovuşub. Elburus Rzayevin yetirmələri  sona 2 tur qalmış  çempionluğunu rəsmiləşdirib. 15-ci turda `Şəfa`yla qarşılaşan balacalarımız Hümbət Ələkbərov, Səid Əliyev və Asim Mirzəyevin vurduğu qollarla 3:0 hesabıyla qalib gəlib. Belə də ən yaxın rəqibi `Bakını sona 2 tur qalmış 7 xal qabaqlayan komandamıza çatmağın mümkün olmaması məlum olub.
13 yaşlılarımızı təbrik edir, daha böyük uğurlar arzulayırıq.