1987- 88 CI İL TƏVƏLLÜDLÜLƏR: ÇEMPİONLUĞUN BİR ADDIMLIĞINDA BÜDRƏDİK....
Paylaşılma tarixi: 1 yanvar, 2015
Güclülər dəstəsi klublarının nəzdində olan yeniyetmə komandalar arasında ölkə birinciliyinin final mərhələsində növbəti turun oyunları keçirilib.
1987-88-ci il təvəllüdlü yeniyetmələrin 1-6-cı yerlər -çempionluq uğrunda yarışında "Qarabağ" Zabrat qəsəbə stadionunda "İnter"in qonağı oldu. Maraqlı keçən qarşılaşmada hər iki tərəf qol vəziyyətləri yaratsa da, yalnız 90-cı dəqiqədə meydan sahibləri bunların birindən istifadə edə bildi. Bu görüşdə həlledici oldu və "İnter" ötən tur "Neftçi"ni məğlub etdikdən sonra, "Qarabağ"ı da məğlub edərək əlçatmaz oldu. Xatırladaq ki, "İnter"lə ilk qarşılaşma 2:2 hesablı bərabərliklə sona çatmışdı.
Bu turdan sonra "İnter" xal aktivini 17-yə yüksəltdi. Komandamızın aktivində 8 xal var.