Qarabağ TV
TPL
UEL
Çempionlar Liqası

2017/18-ci illər mövsümü

"Qarabağ"ımız ardıcıl 4-cü ildə də Çempionlar Liqasında ümbarizəyə start verib. Komandamız II təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubuyla qarşılaşıb. İlk oyunda 5:0 hesablı qələbə qazanan komanda Gürcüstanda da rəqibini 1:0 hesabıyla məğlub edərək III mərhələyə yüksəlib.

"Qarabağ" - "Samtredia" 5:0

"Samtredia" - "Qarabağ" 0:1

Komandamız III təsnifat mərhələsində Moldovanın "Şerif" klubuyla qarşılaşıb. Tofiq Bəhramov adına keçirilən ilk oyun qolsuz heç-heçəylə başa çatıb. Səfərdə 2:1 hesabıyla qalib gələn komandamız pley-off-a yüksəlməklə Azərbaycan futbolunda bir ilki gerçəkləşdirib. 

"Qarabağ" - "Şerif" (Moldova) 0:0

"Şerif" - "Qarabağ" 1:2

Komandamız pley-off mərhələsində Danimarkanın ən titullu klubu "Kopenhagen"lə qarşılaşıb. Komandamız Respublika stadionunda rəqibinə 1:0 hesabıyla qalib gəlib. Cavab matçında "köhlən atlılar" 1:2 hesabıyla məğlub olmasına baxmayaraq iki oyunun nəticəsinə görə Çempionlar Liqasının qrup mərhələsinə yüksələrək Azərbaycan futbolunda yeni səhifə açıb.

 

"Qarabağ" - "Kopenhagen" (Danimarka) 1:0

"Kopenhagen" - "Qarabağ" 2:1

 

Komandamız Çempionlar Liqasının C qrupunda İngiltərənin "Çelsi", İspaniyanın "Atletiko" və  İtaliyanın "Roma" klbularıyla mübarizə aparacaq.

 

 

2016/2017-ci illər mövsümü

"Qarabağ"ımız ardıcıl 3-cü ildir ki, Çempionlar Liqasında mübarizə aparıb. Komandamız II təsnifat mərhələsində Lüksemburq çempionu "F91 Düdelanj"la qarşılaşıb və növbəti mərhələyə vəsiqəni təmin edib.

"Qarabağ" - "F91 Düdelanj" 2:0

"F91 Düdelanj" - "Qarabağ" 1:1

 

III təsnifat mərhələsində komandamız son Çexiya çempionu "Viktoriya Plzen"lə qarşılaşıb. Səfərdə 0:0 hesablı heç-heçə edən komandamız cavab matçında 1:1 hesablı heç-heçə etsə də, iki oyunun nəticəsinə görə mübarizəni Avroliqada davam etdirib.

"Viktoriya Plzen" - "Qarabağ" 0:0

"Qarabağ" - "Viktoriya Plzen" 1:1

 

2015/2016 mövsümü

"Qarabağ"ımız Avropanın ən nüfuzlu turnirində ardıcıl ikinci dəfədir ki, ölkəmizi təmsil edir. Komandamız II təsnifat mərhələsində Montoneqro çempionu "Rudar"la qarşılaşıb.

"Qarabağ" - "Rudar" 0:0

"Rudar" - "Qarabağ" 0:1

III təsnifat mərhələsində isə komandamız Şotlandiyanın "Seltik" komandası ilə qarşıaşıb. Səfərdə 0:1 hesabıyla məğlub olan "Qarabağ"ımız cavab matçında 0:0 hesablı heç-heçə edib və mübarizəni Avroliqanın pley-off mərhələsində davam etdirib.

"Seltik" - "Qarabağ" 1:0

"Qarabağ" - "Seltik" 0:0

 

2014/2015 mövsümü

21 il ərzində ilk dəfə ölkəmizi Avropanın nüfuzlu turnirində `Qarabağ` təmsil etdi.

İkinci təsnifat mərhələsində Malta çempionu ilə qarşılaşan komandamız hər iki oyunda qələbə qazanmaqla üçüncü mərhələyə vəsiqə qazandı.

`Valletta` 0 - 1 `Qarabağ`    

17` Çumbinyo 

 

`Qarabağ` 4 - 0 `Valletta`

16` Reynaldo 
49` Çumbinyo 
56` Danilo Dias 
81` Leroy Corc 

Üçüncü təsnifat mərhələsində komandamızın rəqibi Avstriya çempionu olan `Zalsburq` klubu oldu.İlk görüş Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutdu və komandamız 2-1 hesabı ilə qələbə qazandı,cavab görüşündə isə 2-0 hesabı ilə məğlub olan komandamız AvroLiqanın Play-Off mərhələsinə vəsiqə qazandı.

`Qarabağ` 2 - 1 `Zalsburq`

2` Dias 
77` Soryano 
87` Reynaldo 

`Zalsburq` 2 - 0 `Qarabağ`

Hinteregger 18, 34