Qarabağ TV
TPL
UEL
"Qarabağ"ımız "Çelsi" səfərində

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunları start verilir. Azərbaycan futbolunda yeni bir tarix yazaraq qrup mərhələsinə yüksələn "Qarabağ"ımız da ilk oyununu bu gün keçirəcək. Komandamız "Stemford Bric" stadionunda "Çelsi"nin qonağı olacaq. Qarşılaşma Bakı vaxtıyla saat 22:45-də start götürəcək.

 

UEFA Çempionlar Liqası

22:45. “Çelsi” (İngiltərə) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: 
Anastasios Sidiropoulos 
Yan xətt hakimləri: Polixronis Kostaras, Lazaros Dimitriadis
Əlavə yardımçı hakimlər: Xaralambos Kalogeropoulos, Alexandros Aretopoulos 
Dördüncü hakim: Damianos Efthimiadis (Hamısı Yunanıstan)
London. “Stemford Bric”