Klubumuzun 4 futbolçusu Azərbaycanın U-19 millisinə çağırılıb. Əli Qazibəyov, Abdulaziz Cabbarlı, Əli İbrahim və Əhməd Vəliyev 19 yaşadək futbolçulardan ibarət yığmanın bu gündən fevralın 22-dək Bakıda, ayın 23-dən 28-dək isə Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında iştirak edəcəklər.

 

U-19 Kişineudakı hazırlıq dönəmində fevralın 25-də və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.