Komandamızın qapıçısı Amin Ramazanov zədələnib. O, məşq prosesində xəsarət alıb.

 

Qolkiperin müayinəsi zamanı sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb. Amin yaxın müddətdə əməliyyat olunacaq. Onun 8 aydan sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.

 

Qeyd edək ki, Avstriyada təlim-məşq toplanışında olan komandamızın hazırlıq prosesi iyulun 17-dək davam edəcək.