"Qarabağ"ın keçmiş futbolçusu Ansi Aqolli bu gün Bakıya gəlib. O, səfər zamanı klubumuzu ziyarət edib.
Komandamızın keçmiş futbolçusu ilə uşaq futbolu ilə bağlı potensial əməkdaşlıq perspektivləri müzakirə olunub.
Aqolli 2010-2019-cu illərdə "Qarabağ"da çıxış edib. 38 yaşlı futbolçu komandamızın heyətində 5 dəfə ölkə çempionu olub, 3 dəfə Azərbaycan kubokunu qazanıb. Albaniyalı müdafiəçi komandamızdan ayrıldıqdan sonra ABŞ-ın "Nyu-York Kosmos" klubuna keçmişdi. O, hazırda Amerikada özünün yaratdığı uşaq futbol akademiyasında faəliyyət göstərir.