İsveçrənin Lüstern şəhərində qarşıdan gələn yayda keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılıb. Avstriya və İsveçrənin müştərək olaraq təşkil edəcəyi çempionatda ilk növbədə diqqətləri ən çox cəlb edən C qrupu oldu. “Ölüm” qrupunda son DÇ-nin finalçıları İtaliya və Fransa eyni zamanda seçmə mərhələdədə bir-biriylə qarşılaşmışdılar. Maraqlıdı ki, onların rəqibləri Hollandiya və Ruminiya da qruplarında hamını qabaqlayaraq son 16-lığa düşməyə haqq qazanıb. Qonşu Türkiyə millisi İsveçrə, Çexiya, Portuqaliya ilə eyni qrupda mübarizə aparacaq. Çempionat iyunun 7-si başlayacaq, ayın 29-u isə çempionun adı bəlli olacaq.
| A | B | C | D |
| Isveçrə | Avstriya | Hollandiya | Yunanıstan |
| Çexiya | Xorvatiya | İtaliya | İsveç |
| Portuqaliya | Almaniya | Fransa | İspaniya |
| Türkiyə | Polşa | Ruminiya | Rusiya |