Abdullah Zubir: "Yaxşı nəticəyə köklənmişik"

single-news
20 Okt 2021

Abdullah Zubir: "Yaxşı nəticəyə köklənmişik"



Komandamızın futbolçusu Abdullah Zubir UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Kayrat"la oyundan öncə mətbuat konfransında fikirlərini bildirib:

 

"Bizim üçün önəmli oyundur. Matça hazır olduğumuzu düşünürəm. Qrupa yaxşı başlamışıq. Evdə nəticə qazanmaq istəyirik. Rəqib yaxşı kollektivdir, amma istənilən halda doğma meydanda oynayırıq və yaxşı nəticəyə köklənmişik. Hər oyunda effektiv olmağa çalışıram. Sabah da belə olacaq. Çalışacağam ki, komandaya kömək edim. Əlimdən gələni edirəm ki, komandaya xeyirim dəysin".

Paylaş