Açıq məşq və mətbuat konfranslarının vaxtı

single-news
22 Noy 2021

Açıq məşq və mətbuat konfranslarının vaxtı



UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Qarabağ” – “Omoniya” oyunundan öncə baş tutacaq açıq məşq və mətbuat konfranslarının vaxtları müəyyənləşib. Hər iki tədbir noyabrın 24-ü keçiriləcək.

 

12:00 “Qarabağ” FK-nın  mətbuat konfransı

Məkan: Tofiq Bəhramov adına Respublika stadionu

18:10 “Qarabağ” FK-nın açıq məşqi (İlk 15 dəqiqəsi)

Məkan: “Azersun Arena”

 

19:30 “Omoniya” FK-nın mətbuat konfransı

20:00 “Omoniya” FK-nın açıq məşqi (İlk 15 dəqiqəsi)

Məkan: Tofiq Bəhramov adına Respublika stadionu

 

Qeyd: Mövsümlük akkreditasiyadan keçmiş media mənsubları media sektorda əyləşmək üçün biletlə təmin ediləcəklər. Bu səbəbdən oyunda iştirak etmək istəyən media əməkdaşları noyabrın 23-ü saat 11:00-dan noyabrın 24-ü saat 19:00-dək media biletlərini Tofiq Bəhramov adına Respublika stadionunun media mərkəzindən götürə bilərlər. Qeyd edək ki, hər media orqanına 1, TV-lərə isə 2 media bileti veriləcək. Yer sayının məhdudluğunu nəzərə alacağınıza əminik.

 

Qeyd 2: COVİD-19 pandemiyası ilə əlaqədar UEFA-nın əsasnaməsinə əsasən, mətbuat konfransında say məhdudiyyəti olacaq. Vəsiqələr təqdim olunarkən mətbuat konfranslarında (Premyer Liqa və avrokubok) daha çox iştirak etmiş media mənsublarına üstünlük veriləcək.

 

Anlayışınız üçün təşəkkür edirik!

Paylaş