"Kəpəz" - "Qarabağ"ımız 0:1

single-news
14 Apr 2018

"Kəpəz" - "Qarabağ"ımız 0:1



Bu gün Azərbaycan Premyer Liqasının XXIII turunda "Qarabağ"ımız səfərdə "Kəpəz"in qonağı olub. Gəncə şəhər stadionunda keçirilən qarşılaşma saat 16:00-da start götürüb. Oyuna sürətli başlayan komandamız matçın 23-cü dəqiqəsində hesabı açıb. Pedro Enrikenin ötürməsindən sonra qapıçı ilə təkbətək qalan Ramil Şeydayev topu qapıya göndərib. Oyunun qalan dəqiqələrində komandamız bir neçə dəfə hesab arasındakı fərqi artırmağa yaxın olsa da, bu şanslardan istifadə edə bilməyib. Qarşılaşma komandamızın 1:0 hesablı qələbəsiylə başa çatıb. 

Paylaş