"Qarabağ" - "Olimpiya": Mətbuat konfransları

single-news
16 İyl 2018

"Qarabağ" - "Olimpiya": Mətbuat konfransları



Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Olimpiya" (Sloveniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. İyulun 17-də "Azərsun Arena"nın mətbuat zalında baş məşqçimiz Qurban Qurbanov saat 18:45-də media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 19:00-da Suraxanı qəsəbəsində yerləşən klubumuzun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Olimpiya"nın baş məşqçisi isə saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.Sloveniya təmsilçisinin son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

QEYD: Klub tərəfindən ayrılmış avtobus media mənsublarını "Azərsun Arena"dan Tofiq Bəhramov adına Respublika stadionuna aparacaqdır.

Paylaş