Qurban Qurbanov: "Daha çox fikirləşmək lazım olacaq"

single-news
17 İyl 2018

Qurban Qurbanov: "Daha çox fikirləşmək lazım olacaq"



"Qarabağ"ımız Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçında sabah Respublika stadionunda Sloveniyanın "Olimpiya" klubunu qəbul edəcək. Baş məşqçimiz Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

 

"İlk oyunda qələbə qazanmağımıza baxmayaraq, ciddi rəqibə qarşı oynayırıq. Daha çox fikirləşmək lazım olacaq. Bizi çətin və maraqlı oyun gözləyir. Məni yalnız sabahkı görüş maraqlandırır. Diqqətli, ciddi olmalıyıq. Futbolçularıma da rəva bilmirəm ki, bu barədə düşünsünlər. Rəqibin iddialı açıqlamaları sübutdu ki, Bakıya istəklə gəliblər. Bu, onların iddiasını göstərir".

Paylaş