Qurban Qurbanov: "Ən çox qol epizodu yaratdığımız oyunlardan biri oldu"

single-news
19 Noy 2021

Qurban Qurbanov: "Ən çox qol epizodu yaratdığımız oyunlardan biri oldu"



Baş məşqçimiz Qurban Qurbanov Premyer Liqanın 11-ci turunda "Keşlə" ilə oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb:

"Futbolçularımı təbrik edirəm. Hamının bir yerdə olmaması ritmdən uzaqlaşmağa səbəb olur. Bu gün sonluq aşağı səviyyədə oldu. Amma ümumilikdə oyunu idarə etmək baxımından yaxşı alındı. Bəlkə də, ən çox qol epizodu yaratdığımız matçlardan biri oldu. Futbolçular 90 dəqiqə topa nəzarəti itirmədilər. “Keşlə”nin yaxşı hücum potensialı olsa da, müdafiədə diqqətli oynadıq".
 

Paylaş