Qurban Qurbanov: "Qalib gəlmək üçün əvvəlki oyunlardan daha istəkli olmalıyıq"

single-news
20 Okt 2021

Qurban Qurbanov: "Qalib gəlmək üçün əvvəlki oyunlardan daha istəkli olmalıyıq"



UEFA Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda "Kayrat"la oyundan öncə komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında fikirlərini bildirib:

 

"Hamımız bu qarşılaşmaya ciddi hazırlaşırıq. Oyundan-oyuna məsuliyyət daha da artıq. Qrupdakı hər xalın sonda bizə çox böyük köməyi dəyə bilər. Rəqibimizin "Bazel"lə oyununa baxmışam. Hesabı kənara qoyaq. Bu, bizi aldada bilər. İsveçrə komandasına qarşı yaxşı oynadılar. Rəqibin təcrübəli futbolçuları var. Qalib gəlmək üçün əvvəlki oyunlardan daha istəkli olmalıyıq. Futbolçulara inanıram. Onların özlərini yaxşı tərəfdən göstərəcəyini bilirəm"

Paylaş