Mərhum Fəxri prezident
Abdolbari Gozal
23 AVQUST 1949 - 18 YANVAR 2025
Azərbaycan iqtisadiyyatına mühüm töhfələr verən Abdolbari Gozal 23 avqust 1949-cu ildə anadan olub. O, bu xidmətlərinə görə "Şöhrət" ordeni, "Tərəqqi" medalı, "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı, onlarla yerli və qlobal mükafatla təltif edilən xeyriyyəçi iş adamı, "Azərsun Holdinq"in qurucusu olub. O, 2001-15-ci ildə “Qarabağ”ın prezidenti, 2015-ci ildən fəxri prezidenti olub. Bu müddətdə komandamız 10 dəfə Azərbaycan çempionu (2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23 və 2023/24), 7 dəfə ölkə kubokunun (2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22 və 2023/24) qalibi olub, ardıcıl 11 dəfə avrokubokların əsas mərhələsinə, bir dəfə Çempionlar Liqasının qrupuna, bir dəfə Avropa Liqasının 1/8 finalına yüksəlib. 18 yanvar 2025-ci ildə vəfat edib
Rəhbərlik
Prezident
Tahir Gözəl
“Qarabağ”ın inkişafında və uğurlarında əvəzsiz xidməti olan Tahir Gözel 1972-ci ildə anadan olub. 1994-cü ildə Şeffild Universitetinin Menecment fakültəsini, 1995-ci ildə isə Fr...
Vitse-prezident
Fevzihan Aras
2007-ci ildən klubumuzda çalışan Fevzihan Araş Bakı Dövlət Universitetinin Beynəlxalq Biznes fakültəsini bitirib. 2000-11-ci illərdə “Azersun Holdinq”in İdarə Heyətinin üzvü olu...