“Qarabağ” Azərbaycan futbolunda daha bir ilkə imza atıb. Komandamız Çempionlar Liqasının əsas mərhələsində qələbə qazanan ilk klub kimi ölkə futbolu tarixinə düşüb.

 

“Qarabağ” buna Liqa mərhələsinin I turunda imza atıb. Ağdam təmsilçisi Portuqaliyada “Benfika”nı 3:2 hesabı ilə məğlub edib.

 

Çempionlar Liqasının əsas mərhələsində oynayan yeganə Azərbaycan təmsilçisi olan komandamız bunadək 2 heç-heçəyə nail olmuşdu. Həmin bərabərliklər 2017/18 mövsümünün qrup mərhələsində “Atletiko” ilə görüşlərdə qeydə alınıb – 0:0, 1:1.