19 yaşlılardan ibarət yığma komandamız dünən bir daha Gürcüstandan olan həmyaşıdları ilə qarşılaşıb. Xatırladaq ki, iyunun 8-də baş tutan ilk matçda qonaqlar yeganə qolla qələbə qazanmışdı. Bu oyun isə heç-heçə bitib... 17 yaşlılardan ibarət yöğma komandamız isə Gürcüstanda iki yoxlama görüşü keçirib. Şakir Qəribovun yetirmələri ilk matçda rəqibiylə heç-heçə oynayıb- 2:2 Dünən keçirilən ikinci matçda isə 2:1 hesabı ilə həmyerlilərimiz qalib gəlib. Millimizin gürcülərlə oyununu izləyənlər arasında "Qarabağ"ın məşqçisi H.S.Tüzün də olub. Matçdan sonra Ağdam Klubunun rəsmi saytına açıqlama verən mütəxəssis U-də çıxış edən dörd "Qarabağ"lının və bütövlükdə çillimizin oyunundan razı qaldığını bildirib.