UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Qarabağ” - CSKA (Sofiya, Bolqarıstan) oyunundan (0:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:
“İlk dəqiqələrdən gərgin oyun oldu. Yaxşı komandaya qarşı mübarizə
apardıq. Düşünürəm ki, bir o qədər baxımlı matç izləmədik. Hava sərin olsaydı,
daha yaxşı oyuna şahidlik edə bilərdik. Cavab görüşündə daha yaxşı nəticə
qazanmağa çalışacağıq”.
Qeyd
edək ki, komandamız CSKA ilə cavab oyununu iyulun 30-da Sofiyada keçirəcək.