“Qarabağ”ımızın bu gün bir futbolçusu ilə yollar ayrılıb. Belə ki, islandiyalı qapıçı Hannes Tor Halldorssonla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Mövsümün əvvəlində komandamıza transfer olunan Hannes bu mövsüm 8 oyunda ( 4 Premyer Liqa, 4 avrokubok) meydanda olub. Qolkiperə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.