QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: "Qarşıdakı vaxtda oyunumuzu daha da təkmilləşdirməyə çalışacağıq"

Bu gün "Qarabağ"ımız Azərbaycan Premyer Liqasının XV turunda "Qəbələ"ylə 0:0 hesablı heç-heçə edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:


"Maraqlı oyun alındı. Yaxşı oyun izlədik. Komandamdan razı qadım. Meydanda çox düşündülər. “Qəbələ”yə isə gələn oyunlarda uğurlar arzulayıram. Bu qarşılaşmada sadəcə, qol çatışmadı. Futbolçular hazırlıqdan yeni qayıtmışdılar. İkinci hissədə daha yaxşı oynadıq. Qarşıdakı vaxtda oyunumuzu daha da təkmilləşdirməyə çalışacağıq".