Jumbinyo rəsmən `Qarabağ`da...
Paylaşılma tarixi: 1 yanvar, 2015
`Qarabağ`ımız yay transfer dönəmində daha bir transferini rəsmiləşdirib. Komandamız Yunanıstanın `Olimpiakos` klubundan Jumbinyonu transfer edib. 27 yaşlı futbolçu braziliyalıdır. Meydanın mərkəzində, pleymeyker mövqeyində çıxış edən tam adı Marinaldo Cícero da Silva olan futbolçu ölkəsində `San Paolo`, `Koritiba` kimi klublar da çıxış edib. Jumbinyoyla 2 illik müqavilə bağlanıb. Artıq Braziliyalının adı Avropa Liqası üçün verdiyimiz sifariş vərəqəsinə salınıb. Jumbinyo saytımıza belə danışıb:``Qarabağ`a dəvət gəldiyi zaman klub haqqında maraqlandım. Həfədləri, heyətini gördükdən sonra dərhal razılaşdım. Oyunlarını izlədkdən sonra doğru yerə gedəcəyimi düşündüm. Bilirəm ki, `Qarabağ` texnikalı futbol oynayır. Bilərm ki, məndən də hər kəs eyni şeyi gözləyir. Oyun üslubum `Qarabağ`a uyğun gəlməsəydi məni komandada görmək istəməzdilər. `Qarabağ`a fayda verməyə gəlmişəm. Bilirəm ki, əsas heyətdə yer almaq üçün çox çalışmalıyam. Faktiki, komanda hazırda uğurlu çıxış edir. Amma mən də iddialıyam. Meydana çıxacağım günü səbirsizliklə gözləyirəm.`