Komandamız heyətini azarkeşlərimizə çox yaxşı tanış olan futbolçu ilə gücləndirib. Sabiq yarımmüdafiəçimiz Kadi Borges “Qarabağ”ın sıralarına qoşulub.

 

28 yaşlı braziliyalı futbolçu yenidən “Qarabağ”ın uğurları üçün çalışacaq. Onunla 4 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, 2021-22-ci illərdə komandamızda forma geyinən Kadi 75 oyunda 28 qol vurub. O, 2021/22 mövsümündə Azərbaycan çempionu və kubokunun qalibi olub.