UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Sürix" (İsveçrə) oyununa akkreditasiya qeydiyyatından keçmək istəyən media mənsublarının aşağıda qeyd olunanları yerinə yetirməsi tələb olunur:
Akkreditasiyanı Peşəkar Futbol Liqasında (PFL) qeydiyyatdan keçmiş KİV nümayəndələri ala bilərlər;
Qeydiyyatdan keçmək istəyənlər iyulun 16-sı, saat 18:00-dək çalışdığı yeri və vəzifəsini [email protected] elektron ünvanına göndərməlidirlər;
Qeydiyyatdan keçərkən yazılı mətbuat nümayəndəsi PRESS, fotoqraflar FOTO, televiziya əməkdaşları isə TV yazmalıdırlar.
Akkreditasiyaların verilmə tarixi və yeri haqda daha sonra məlumat veriləcək.
KİV-in diqqətinə!
Paylaşılma tarixi: 1 yanvar, 2015