"Qarabağ”ımız Avstriyada təlim-məşq toplanışını davam etdirir. Komandamız bu gün yerli saatla saat 12:30-da günün ilk məşqinə çıxıb. Fitnes zalında çalışmalardan sonra futbolçular meydançaya yollanıb. İki qrup halında çalışan komandamız “kvadrat” oynayıb, taktiki çalışmaları yerinə yetirib, sonda isə qapıya zərbələr üzərində çalışıb.