Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Tədbirdə komandamızın da potensial rəqibi bəlli olacaq.

 

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Çempionlar yolunda püşkatmaya II təsnifat mərhələsinin cütləri qatılacaq. Tədbirdən əvvəl UEFA iştirakçıları qruplara bölüb.

 

Səpələnmişlər səbətində yer alan “Şelburn” (İrlandiya) - “Qarabağ” cütü 2-ci qrupda qərarlaşıb. Bu cütün mümkün rəqibləri II təsnifat mərhələsinin 3 cütüdür.

 

2-ci qrup, səpələnməmişlər

“Riyeka” (Xorvatiya) – “Lüdoqorets” (Bolqarıstan)

“Hamrun Spartans” (Malta) – “Dinamo” (Kiyev, Ukrayna)

“Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya)

 

Qeyd edək ki, II təsnifat mərhələsi iyulun 22-23-də və 29-30-da, III təsnifat mərhələsi isə avqustun 5-6-da və 12-də baş tutacaq.