Komandamızın iki legioneri öz ölkəsinin millisinə çağırılıb. Qapıçı Mateuş Koxalski Polşa, yarımmüdafiəçi Marko Yankoviç Monteneqro yığmasına dəvət alıb.

 

Hər iki komanda DÇ-2026-nın seçmə mərhələsində iki matç keçirəcək. Polşa millisi noyabrın 14-də Niderlandı qəbul edəcək, üç gün sonra Maltanın qonağı olacaq. Monteneqro yığması ayin 14-də səfərdə Cəbəllütariqlə, 17-də evdə Xorvatiya ilə qarşılaşacaq.