Srağagün Türkiyənin “Best FM” radiosunda səslənən şok bir xəbər futbol ictimaiyətinin diqqətini cəlb edib. “Beşiktaş”ın yönəticilərindən olan İhsan Kalkavan yerli radioya müsahibəsində yayda “Fənərbağça”nı tərk edib “Betis”ə üz tutan Mehmet Aurelionun qışda “Beşiktaş”ın formasını geyinəcəyini bildirib: “Aurelionun menceri Bayram Tutumluyla özüm danışmışam. Mənə Mehmetin “Beşiktaş”la müqavilə imzalaya biləcəyini deyib. Bayram bu xəbəri özü mənə dedi. Heç bir qazetdən oxumamışam. Tutumlu “İhsan bəy belə bir durum var, nə edək” sualıyla müraciət etdi. Axı biz uzun illərin dostuyuq. Ərtoğrul hoca da Aurelionu çox istəyir. Allahın köməkliyi ilə Mehemet “siyahl-bəyazlı” formanı geyəcək”.
MEHMET AURELİO HARDA OYNAYACAQ???
Paylaşılma tarixi: 1 yanvar, 2015