`Qarabağ`ımız çətin `Muğan` səfərinə yollanmışdı. Cari birinciliyə əla başlayan Salyan təmsilçisi komandamız qarşısında tab gətirə bilmədi. Heyətimizdə yetərincə itki olmasına baxmayaraq komandamız növbəti qələbəsini qazanmaqda çətinlik çəkmədi. Ardıcıl 4-cü macında qapısından qol buraxmayan və son 3-ündə qələbə qazanan komandamıza qələbə gətirən qola cari birincilikdə `partlayan` Əfran İsmayılov imza atdı. Vaqif Cavadovun yoxluğunda gənc Əfran məsuliyyəti öz üzərinə götürərək cərimə zərbəsindən topu tora göndərdi.

Oyun anbaan  CANLI YAYIM - da...