MUSTAFA ENGİN ƏSAS RƏQİB KİMİ "KARVAN"I GÖRÜR.(Futbol+,21-22 dekabr)
Paylaşılma tarixi: 1 yanvar, 2015
"Qarabağ"ın türkiyəli legioneri Mustafa Engin Özmən "Turan"la oyunda debüt etdi.Yarımmüdafiəçi meydanda az vaxt keçirsə də, ciddi səhvlər buraxmadı.Matçsonrası ayaqüstü söhbətləşməyə imkan tapdığımız legioner "Qarabağ"la yüksək zirvələr fəth etmək arzusunda olduğunu bildirdi.
- Çoxdan komandada olsam da, səfər matçlarında meydana çıxmamışdır.Qiyməti siz verin.
- Bir az Türkiyədəki futbolçu karyeran haqda danışardın.
- Üç il "Ankaragücü"ndə, superliqada oynamışam.Eyni zamanda, "Əskişəhərspor"da oynamışam.Hazırda Türkiyə millisini çalışdıran Ərsun Yanalın rəhbərliyi altında da oynamışam.İndi isə gördüyünüz kimi, "Qarabağ"dayam.
- Səncə Azərbaycana gəlməklə geriyə doğru addım atmamısan?
- Qətiyyən.Burada da güclülər dəstəsi komandasında oynayıram və hər şeyin yaxşı olacağını fikirləşirəm.
- Yəqin Türkiyə və Azərbaycan futbolu arasında uçurum olduğunu gördün.
- Türkiyə dünya üçüncülüyünü qazanmış ölkədir.Bu üzdən fərq böyükdür.Azərbaycan isə beynəlxalq arenada ilk addımlarını atır.
- "Qarabağ"da komandadaxili atmosfer ürəyincədirmi?
- Burada gözlədiyimdən də artıq mehribanlıqla üzləşdim.Artıq futbolçuların bir çoxuyla yaxın dostluq əlaqəsi qurmuşam.Hamı bir- birinə dəstək olur.Azarkeşlər də komandanı hər oyunda dəstəkləyir.Bu çox xoşuma gəlir.Futbolçulardan Namiq Həsənov, Emin İmaməliyev, eləcə də Samir Musayevlə daha yaxınam.
- Çempionatımızın səviyyəsi haqda nə deyə bilərsən?
- 7-8 komanda çempionluq uğrunda mübarizə aparır.Bu kollektivlər digərlərindən dərhal seçilir.Amma "Qarabağ"ın hədəfi birincilikdir.İnşallah, yekunda biz çempion olarıq.Yalnız ot örtüyünün vəziyyəti ürəkaçan deyil.Oqtay Dərəlioğlu ilə tez-tez görüşüb, bu məsələni müzakirə edirik.Belə vəziyyətdə zədələnməməyin özü böyük qəhrəmanlıqdır.Yalnız T.Bəhramov adına Respublika stadionunu bəyənirəm.
- Legioner daim əsas heyətdə oynamaqla digərinə nümunə olmalıdır.Səni nə vaxt ilk "11lik"də görəcəyik?
- Hər şey çalışmaqdan lazımdır.Mən də üzərimdə ciddi işləyirəm.Qısa zaman kəsiyində əsas heyətə düşəcəyimə inanıram.
- Çempionluq yolunda əsas rəqib kim olacaq?
- Məncə, "Karvan". Bu komanda Türkiyədə təlim-məşq toplanışında olarkən oyununu izləmişəm."Beşiktaş"la matçda xoş təsir bağışladı."Neftçi" də güclü komandadı.Amma əsas mübarizəni "Karvan"la aparacağımıza şübhəm yoxdur.