“Bakı”nın oyununu yaxşı incələmişdik. Bilirdik ki, çətin oyun olacaq. Buna görə, maksimum diqqətli olmalıydıq ki, xal itkisiylə üzləşməyək”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov söyləyib.
Bu gün Unibank Premyer Liqasının 4-cü turundan təxirə salınan oyunu çərçivəsində “Bakı”yla qarşılaşan və Georgi Adamiyanın dublu sayəsində qələbəyə sevinən Ağdam təmsilçisinin çalışdırıcısı yetirmələrinin çıxışından razı qaldığını vurğulayarkən, daha çox türkiyəli yarımmüdafiəçi Devran Ayhanı tərifləyib: “Komandamızın üzvləri istədiyim oyunu sərgiləmək üçün əllərindən gələni etdilər və layiqli qələbəyə imza atdılar. Devran komandamızda ikinci oyununa çıxsa da, cox yaxşı təsir bağışladı. Onun oyundan-oyuna daha da artıracağına əminəm. Düşünürəm ki, bu gedişlə o, karyerasının ən yaxşı donəmini elə “Qarabağ”da keçirəcək”.
“O, karyerasının ən yaxşı dönəmini elə “Qarabağ”da keçirəcək” (qol.az)
Paylaşılma tarixi: 1 yanvar, 2015