Ponomaryovlar qayıtmaq üçün getdi( EXPRESS, 01.06.2006)
Paylaşılma tarixi: 1 yanvar, 2015
"Qarabağ"ın baş məşqçi postundan gedən İqor Ponomaryov dünən gecə İsveçə qayıdıb. Məşqçi Ağdam klubundan ayrılan zaman hələ bir ay vətəndə qalıb digər klublardan aldığı təklifləri götür-qoy edəcəyini bildirsə də, nədənsə sonda fikrini dəyişib. İndi o bir müddət Stokholmda istirahət etdikdən sonra yenidən Bakıya qayıdacaq. "Qarabağ"dan daha öncə - qışda ayrılan oğul Ponomaryov da Azərbaycanı tərk edib. "İnter"in oyunçularına verdiyi ongünlük istirahəti İsveçdə keçirmək istəyən Anatoli daha sonra müqaviləyələ hələ iki il də bağlı olduğu "bank təmsilçisi"nin düşərgəsinə qayıdacaq.