Qara `Rəvan`a qarşı oynamayacaq
Paylaşılma tarixi: 1 yanvar, 2015
`Qarabağ`ımız `Rəvan`la oyunun hazırlıqlarını davam etdirir. Bazar günü baş tutacaq qarşılaşma öncəsi komandamız daha bir itkiylə üzləşib. U-21-in Belçikayla oyununda zədələnərək sıradan çıxan Qara Qarayevin debütantla oyunda oynamayacağı məlum olub. Əzələsində müəyyən dartılma olan 19 yaşlı müdafiəçinin 3-4 gün dincəlməyə ehtiyacı var. Qaranın bazar ertəsi məşqlərə başlayacağı gözlənilir.