`Qarabağ`ımız istirahətə buraxıldı. Premyerliqanın final mərhələsinin ilk turunda dünən `Simurq`la qarşılaşan komandamız dünən gecə Bakıya qayıdıb. Milli oyunlarla əlaqədar olaraq yaranacaq fasiləylə bağlı komandamızın çalışdırıcısı Qurban Qurbanov futbolçulara 3 günlük istirahət verib. Komandamız Martın 16-da yenidən yığışaraq məşqlərə başlayacaq. Qeyd edək ki, premyerliqada yaranmış fasilə Martın 30-da başa çatacaq. Komandamız qeyd olunan tarixdə `Qəbələ`ylə qarşılaşacaq.