"Qarabağ" Antalyada son 2 yoldaşlıq oyununu keçirib.

 

Komandamız ilk olaraq Serbiyanın "Çukariçki" klubu ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Yeganə qolumuzu Kevin Medina vurub.

 

İkinci oyunda isə komandamız Polşa "Poqon"una 2:4 hesabı ilə uduzub. Qollarımızı Marko Yankoviç və Abdullah Zubir vurublar.