`Qarabağ`da ispan futbolçu
Paylaşılma tarixi: 1 yanvar, 2015
`Qarabağ`ımız Antalyada təlim-məq toplanışını davam etdirir. Hazırlığın növbəti günündə komandamıza yeni futbolçu qoşulub. 1990-cı il təvəllüdlü Manuel Bleda Rodrigez İspaniyadan gəlib. 185 sm boya mailk olan forvard `Levante`nin yetirməsidir. Bugün məşqə çıxan 22 yaşlı hücumçu haqqında sabah baş tutacaq `Ural`la yoxlama oyunundan sonra qərar veriləcək.