“Qarabağ” bu dəfə də qalib gəldi. Bir ay öncə olduğu kimi Tovuza səfərindən gülərüz dönən klubumuz artıq özünü 14 finalda hiss edə bilər.

“Qarabağ” son oyunda qarşılaşdığımız “Qəbələ”ilə matçın start heyətindən cəmi 3 dəyişiklik etmişdi. Belə ki, yüngül zədəsi olan Fərhad Vəliyev baş məşqçi Rasim Kara tərəfindən oyun sıyahısına adı salınmamışdısa, U-19-da olan Maksim Medvedevi Ayxan Abbasov əvəzləmişdi. Qapı isə Osman Umarova etibar edilmişdi. Eyni zamanda son oyunlarda uğurla mübarizə Avtandil Hacıyevin yerinə Nodar Məmmədovun mübarizə aparacaqdı.

Komandamız oyuna 4-4-2 taktiki sxemiylə çıxmışdı. Arxa xətdə Muhammed, Hüseyn, Nodar, Ayxan onların önündə isə Aslan, Pupo, Qoqa, Viktor qərarlaşmışdı. Hücum xəttində isə ənənəvi Vaqif-Kənan tandemi vardı.

Görüş “Qarabağ”ın hücumları ilə başladı. İlk qolu görmək üçün cəmi 7 dəqiqə lazım oldu. Sol cinahdan ötürmə zamanı topu qəbul edən Pupo dabanla daha əlverişli mövqedə olan Viktora ötürdü. Nigeriyalı forvard isə güclü zərbə ilə hesabı açdı. Maraqlıdı ki, Sentyabrın 22-sində baş tutan görüş zamanı da Viktor sabiq komandasını 2 dəfə cəzalandırmışdı. Qoldan sonra topu saxlayaraq rəqibi yoran komandamız bir necə dəfə hesabı artıra bilərdi. Lakin 29 və 36-cı dəqiqələrdə oyunu yüksək səviyyədə keçirən Qoqa Berayanın zərbələri dəqiq olmadı. Üstəlik Vaqif də bir necə əlverişli şansı boşa verdi.

İkinci yarıya İrakli-Vaqif dəyişikliyi ilə başlayan komandamız 60-ci dəqiqəyə kimi əla futbolla “göz doldurdu”. Xüsusilə, fəallığı ilə seçilən Kənan Kərimov cəhdləri son anda komandanın 2-ci dəfə sevinməsinə mane olurdu. Lakin hər halda komandamız ona 14 final mərhələsini gətirəcək qolu vura bildi. 85-ci dəqiqə Kənan sol cinahdan cərimə meydançasına daxil olaraq qarşısıalınmaz zərbə vurdu, 0:2.

Oyunun sonuna qədər topa nəzarət edən komandamız 1 ay sonra Tovuzdan bu dəfə ölkə kubokunda 2:0-lik qələbə ilə döndü.