Komandamız Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya klublarının reytinq cədvəlində 68-cı pillədə qərarlaşıb. “Qarabağ” 187,5 xala malikdir.

 

Komandamız Azərbaycan klubları arasında ən yaxşı göstəriciyə malikdir. “Qarabağ” ötən ay 192,25 xalla 65-ci pillədə qərarlaşmışdı.