“Qarabağ”ın məşqçi və futbolçu heyəti III “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinin şagirdləri ilə görüşüb. Tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, DİN-in “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin tərəfdaşlığı ilə keçirilən və Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan düşərgənin 3 cü günündə baş tutub.
Komandamızın baş məşqçisi Qurban Qurbanov və futbolçularımız şagirdləri səmimiyyətlə qarşılayıb. “Qarabağ”ın üzvləri onlarla futbol oynayıb, əyləncəli vaxt keçiriblər.
Qeyd edək ki, dekabrın 21-27-də keçirilən düşərgədə Qazaxıstanda fəaliyyət göstərən “Həftəsonu Qarabağ məktəbi”nin şagirdləri ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası zaman şəhid olan qəhrəmanlarımızın övladları iştirak edirlər.