“Qarabağ” FK ilə “Liv Bona Dea Hospital” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
“Liv Bona Dea Hospital”ın konfrans zalında keçirilmiş tədbirdə klubumuzun direktoru Emrah Işık Çelikel və “Liv Bona Dea Hospital”ın baş direktoru Taner Özbek, media mənsubları və digər qonaqlar iştirak ediblər.
Razılaşmaya əsasən, “Liv Bona Dea Hospital” “Qarabağ”ın əsas, əvəzedici və akademiyanın tərkibində olan komandalarına tibbi xidmət göstərəcək.




